Ata mikroavtobusu park etmək istəyərkən 4 yaşlı oğlunu öldürdü

MARAQLI
14:08 26.10.2021
297
Ata mikroavtobusu saxlayarkən 4 yaşlı oğlunu əzib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Zonquldağda ata 4 yaşlı oğlunu evinin qarşısında mikroavtobusu saxlamaq üçün geriyə dönərkən əzərək öldürüb.

Zonguldak mərkəzin Kabalaklı kəndində avtobus sürücüsü olan Ergün T həyat yoldaşı və iki uşağı ilə birlikdə şəhər mərkəzindən evə qayıdıb. Həyat yoldaşı və uşaqlarının mikroavtobusdan düşüb evə getdiyini düşünən Ergün T maşını park etmək üçün geriyə manevr edib.

Ergün T həmin vaxt evə girməyən oğlu Ömər T-nin fərqinə varmayıb.

Hadisə yerinə gələn həkimlərin səyinə baxmayaraq Ömər T-nin həyatını xilas etmək mümkün olmayıb. Balaca uşağın cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra Zonquldak morquna aparılıb.
 
Ömər T-nin ölümü ilə bağlı Respublika Baş Prokurorluğu istintaqa başlayıb.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR