Ata topu tutmaq üçün qızını qucağından buraxdı (VİDEO)

MARAQLI
21:32 30.09.2011
1776

Tayvanda beyzbol oyunu zamanı azarkeşlərdən birinin ehtiyatsızlığı kameralara həkk olub. Belə ki, ailəsi ilə oyunu izləyən atanın meydançadan kənara çıxan topu tutmağa çalışması, qucağındakı azyaşlı qızının yıxılması ilə nəticələnib. Qabaqdakı boş sıralara düşən qızcığaz ayağını zədələyib.Kameralar həmçinin ehtiyatsız atanın həyat yoldaşının ona tərs-tərs baxmasını da qeydə alıb. Yerli televiziyaya müsahibə verən ata əslində topu bir əli ilə tutmaq istədiyini, lakin nədənsə hər iki əlini qaldırdığını və qızının yıxılmasına səbəb olduğunu deyib. Qızcığaz isə atasının hələ də ondan üzr istəmədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR