Bu gün səhər saatlarında Masallıda baş verən dəhşətli qəzada həlak olanların adları açıqlanıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, onlar arasında ata və iki azyaşlı oğlu da var.
Vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.