Ata və ana balaca qızlarını ölümə yolladılar: "İnşallah, partlayarsan!" - VİDEO - FOTO

Ata və ana balaca qızlarını ölümə yolladılar: "İnşallah, partlayarsan!" - VİDEO - FOTO
SOSİAL
13:28 27.12.2016
20975

"Ağıllı qızım! Sən islam və müsəlmanlar uğrunda canını fəda edirsən! Sən əsl igid, qəhrəman balasan. İnşallah, partlayarsan, kafirləri öldürərsən!"

Bu sözləri Suriyanın paüytaxtı Dəməşqdə yaşayan Əbu Nimr əl Suri  9 yaşlı qızına deyib.

9 yaşlı qızının belinə "şəhid qurşağı" bağlayaraq onu "canlı bomba"ya çevirən ata qızına bu sözləri deyəndən sonra uşaqla anası da vidalaşıb.

Çadralı ana iki qızından böyüyünü, Fatmanı bağrına basıb, qucaqlayıb, öpüb və: "Allah sənə kömək olsun, kafirləri öldür!"  - deyib.

Daha sonra 7 yaşlı İslamın belinə "şəhid qurşağı" bağlanıb və onunla da atası ilə anası vidalaşıblar.

9 yaşlı Fatma atasının tapşırığını yerinə yetirib və Dəməşqin cənubunda, polis idarəsinin qarşısında partlayış törədib. Qız polis idarəsinə yaxınlaşanda onun belindəki "şəhid qurşağı"ndakı detonatoru atası uzaqdan işə salıb və qızını partladıb.

Bir qədər sonra isə Əbu Nimr 7 yaşlı İslamı Dəməşqin şərqində, dükanların önündə partladıb.

Əbu Nimr qızı ilə vidalaşma səhnəsini smartfonla çəkib, sonra da videonu sosial şəbəkələrdə paylaşıb.

Əsl ad və soyadı Əbdül Rəhman Şəddad olan Əbu Nimr əl Suri məşhur suriyalı aktyor Mohamməd Rəfeanın 2012-ci ildə oğurlanmasında və qətlə yetirilməsində bilavasitə iştirak etmişdi.

Əvvəllər "Əbu Nüsrə" olan, indisə aldını dəyişib "Cəbhət əl Şam"a çevrilmiş terror təşkilatının mənsubu Əbdül Rəhman srağagün Dəməşqin həndəvəri olan Tehrində güllələnərək qətlə yetirilib.


///Milli.Az
 



OXŞAR XƏBƏRLƏR