Ata öz qızını girov götürdü

MARAQLI
02:17 07.09.2011
1729
Avstraliyanın Sidney şəhərində ailə məsələləri üzrə məhkəmədə üzərində partlayıcı qurğu olan bir şəxs 11 yaşlı qızı girov götürüb. Onun məhkəmə zalına vəkil pariki taxaraq daxil olduğu güman edilir. Ehtimal edilir ki, həmin şəxs öz övladını girov götürüb. Hazırda hadisənin cərəyan etdiyi ərazi mühasirəyə alınıb, polis danışıqlar aparır. Məhkəmə binasının pəncərəsindən görünən həmin şəxs şüşədən dəlik açaraq, polisə öz tələblərini deyib. Onun bu addımı atmaqda motivləri hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR