AtaBank rəsmi internet səhifəsini yenilədi

AtaBank rəsmi internet səhifəsini yenilədi
İQTİSADİYYAT
10:48 27.02.2019
2752
"AtaBank” ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib. Sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə edə bilməklə yanaşı müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilərlər.
 
AZXEBER.COM xəbər verir ki, bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, İ-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın İnternet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar. 

Ən əsası isə sayta daxil olub 136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, whatsApp, telegram, sayt üzərində mövcud olan mesencer vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür.  

"AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamami ilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilib. 

Bankın yeni internet səhifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər www.atabank.com saytını ziyarət edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb