"Atalanta"da baş məşqçi dəyişikliyi gündəmdədir

"Atalanta"da baş məşqçi dəyişikliyi gündəmdədir
İDMAN
12:17 05.03.2025
368
İtaliyanın "Atalanta" klubu mövsümün sonunda baş məşqçi Can Pyer Qasperinin mümkün gedişi ilə bağlı planlarını müəyyənləşdirir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 67 yaşlı italiyalı mütəxəssis komandanı tərk edəcəyi təqdirdə, klub rəhbərliyi onun yerini doldurmaq üçün artıq iki əsas namizəd müəyyən edib.

Məlumata görə, hazırda "Atalanta"nın gündəmində olan baş məşqçi namizədləri İqor Tudor və Mauritsio Sarridir. Klub rəhbərliyi hər iki mütəxəssislə ilkin təmaslar qurub və mövsümün sonunda vəziyyətə uyğun qərar veriləcək.

Qeyd edək ki, Qasperini 2016-cı ildən bəri "Atalanta"nı çalışdırır. Klub ötən mövsüm onun rəhbərliyi altında finalda "Bayer"i 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olmuşdu.
OXŞAR XƏBƏRLƏR