"Atam bizim üçün yaxşı bozbaş bişirmişdi"

"Atam bizim üçün yaxşı bozbaş bişirmişdi"
MAQAZİN
16:03 26.01.2018
1720
Həftə içi 5 gün ATV-də yayımlanan "Mətbəx işi” verilişinin ulduz qonağı müğənni Əhməd Mustafayev olub.
 
AZXEBER.COM xəbər verir ki, Əhməd verilişdə toyuq şorbası və bibər salatı hazırlayıb. Əhməd müğənniliklə yanaşı gözəl əl qabiliyəti olduğunu bildirib:
 
"Bir dəfə anam möhkəm xəstələnmişdi. Yemək hazırlaya bilmirdi. Mənim atam onun üçün gözəl bozbaş bişirmişdi, 3 gün yedik. Biz kişilər pis, yaxşı yemək bişirməyi də bacarırıq. Ac qalmarıq".
 
Qeyd edək ki, "Mətbəx işi" verilişinin aparıcısı tanınmış teleaparıcı Kəmalə Piriyevadır.
 
Nazim Qasımzadə
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR