"Atam deyəsən mənim yerimə oynayır futbolu"
Bu sözləri "Qarabağ"ın futbolçusu Mahir Mədətov atası tanınmış prodüser Anar Mədətovun onun transferi haqda danışmasına münasibət bildirərkən deyib.
AZXEBER.COM-un məlumatına görə, Mahir transferi ilə bağlı son qərarı baş məşqçi Qurban Qurbanovun verəcəyini deyib: "Hələ bu haqda danışmaq tezdir. Son qərarı baş məşqçimiz Qurban Qurbanov verəcək. Çünki o insanın mənim üzərimdə zəhməti çox böyükdür, o necə məsləhət bilsə, elə də edəcəm".