"Atam rəhmətə gedəndə vəfasızlıq gördüm" - Aşıq Namiq

"Atam rəhmətə gedəndə vəfasızlıq gördüm" - Aşıq Namiq
MAQAZİN
10:19 28.03.2025
310
Aşıq Namiq Fərhadoğlu "Tarixin bir günü" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, musiqiçi qalmaqallı çıxışı ilə yadda qalıb.
 
O, dəstək olduğu bir çox həmkarından vəfasızlıq gördüyünü deyib:
 
"Lider TV-də yayımlanan layihəmə öz cibimdən 1 milyon manat pul xərcləmişəm. Hər kəsin maaşını özüm veriridim. Xərclərim aylıq 10 min manat edirdi. O pulları da mən uşaq hazırlayaraq, özəl dərs verərək qazanmışam. Bugünkü ağlım olsa idi onları eləməzdim. O vaxtı hamıya dəstək olurdum. Məndən işləri də keçirdi çünki verilişə çıxardırdım. Ona görə də bayramlarda ən birinci məni təbrik edərdilər. Amma indi o adamlar ortada yoxdu. Bilirsiz ki, atam rəhmətə getdi. O adamlaın heç birini görmədim".
 
Aysel
OXŞAR XƏBƏRLƏR