"Atamı, anamı, indi də mənə güc verən insanı itirdim" - Xoşqədəm

"Atamı, anamı, indi də mənə güc verən insanı itirdim" - Xoşqədəm
MAQAZİN
12:26 01.08.2025
216
"Atamı, anamı, və bu gün onlar qədər sevdiyim, mənə güc verən, ilham aldığım böyük sənətkarı – musiqi dünyamızın qoca çinarını da itirdim…"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
 
Aparıcı bildirib ki, onlar Qaxda görüşməli və Xalq artistinin həyat yoldaşının doğum gününü birlikdə qeyd etməli idilər:

"Atamdan sonra mənə dayaq olan, hər kəlməsində həyatın dərin mənasını hiss etdiyim Arif müəllim... Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum. Bu video bir neçə gün öncə – öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyimizə, xanımının ad gününü birlikdə qeyd edəcəyimizə görə hazırlıq görmüşdük. Amma biz yola çıxacağımız gün o, xəstəxanaya yerləşdirildi. 
 
Ata və anamla da ad gününü aprelin sonunda qeyd etməyi planlaşdırmışdıq... Olmadı... Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də – baş tutmadı. Bu ağrını sözlə ifadə etmək o qədər çətindir ki… Çox üzgünəm. Atamı, sevdiyim bir insanı, xalqımızın sevimli oğlunu – Arif müəllimi itirdik. Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun. Qəlbimizdə daim yaşayacaqsınız".
 
Aysel

OXŞAR XƏBƏRLƏR