"Atamın ölüm səbəbi ATV-dəki veriliş oldu" - Ölən məktəb direktorunun oğlu
SOSİAL
14:55 27.01.2017
9343
Məktəb direktorunun oğlu danışdı.
AZXEBER.COM xəbər verir ki, 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən "Yoxlama” verilişi ilə əlaqələndirir. Turqay istipress-ə danışaraq bildirib ki, həmin verilişdən sonra atası çox əsəbiləşib.
"Həmin verilişdən sonra atam çox əsəbləşmişdi. Daha sonra isə uşaqların valideynləri atamı əsəbləşdirdi. Həkim dedi ki, əsəbdən insult olub. Atamın ölüm səbəblərindən biri də, həmin veriliş oldu".
Qeyd edək ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb.