"Atamın vəziyyəti ağırdır" - Ramiz Əzizbəylinin qızı

ÖZƏL
11:23 03.06.2021
1775
Xəbər verdiyimiz kimi Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

AZXEBER.COM son durumu haqqında məlumatı öyrənmək üçün Ramiz Əzizbəylinin qızı ilə əlaqə saxlayıb.

O, bildirib ki, atasının vəziyyəti hazırda ağırdır:

"Atamın koronavirusdan savayı başqa xəstəlikləri də var, bu da vəziyyəti çətinləşdirib. Həkimlərinin dediyinə görə, hazırda vəziyyəti ağır-stabil olaraq qalır. Hələ ki, dəyişiklik yoxdur”.
 
Qeyd edək ki, iki həftədən çoxdur ki, COVİD-19 virusuna yoluxan xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR