Uşağın dünyaya gəlişi bir çox valideynlərin arzu və sevincidir.
Lakin Muniş qızının dünyaya gəlişini özünəməxsus şəkildə qeyd edib. Əslən Hindistandan olan ailə Böyük Britaniyada yaşayır. Suman Bansal 16 may 1996-cı ildə dünyaya gəlib və dünyaya gəldiyi ilk gündən bu vaxta kimi 18 yaşlı qızın atası onun 6,575 şəklıni çəkib.
Anasının bətnində olduğu zamandan başlayaraq qızının hər anını çəkən ata onun ad günündə bütün şəkillərini toplayaraq albomunu yaradıb.
Muniş günbəgün böyüyən qızının şəkillərini çəkməklə hər ay insan övladının necə dəyişdiyini sübut etmək istəyib.(publika.az)



