Yeni nazir bu məşhur şəxsin oğludur

SOSİAL
16:57 07.02.2025
1304
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi".

Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid öz Facebook hesabında paylaşım edib. Rəşad Məcid paylaşımında yeni nazirin doğulduğu ailə ilə bağlı maraqlı məlumatlar açıqlayıb:

"Gənc nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır. Yazıçı və jurnalist övladının belə bir mötəbər vəzifəyə təyin olunması bizi də ürəkdən sevindirir".
MŞ sədri Anar Əliyevə bu məsul işində uğurlar arzulayıb, göstərilən etimadı layiqincə doğruldacağına inandığını ifadə edib.

OXŞAR XƏBƏRLƏR