Çində polis bir kənddə 19 nəfəri eyni gündə öldürən cinayətkarı tapıb.
Bunun üçün polisə iki sutka lazım olub. Cinayəti 1989-cu il təvəllüdlü kişi ailə münaqişəsi zəminində törədib.
Belə ki, axşam evə gedən gənc ailəsindən pul istəyib. Bu səbəbdən münaqişə yaranıb və o, valideynlərini öldürüb. Cinayəti ört-bastır etmək üçün isə 17 qonşusunu da öldürmək qərarına gəlir. Öldürülənlərdən 3-ü uşaqdır.
Həbs edildikdən sonra gənc cinayətini etiraf edib. (qafqainfo)