Atasını söydüyü üçün ögey anasını BIÇAQLADI

Atasını söydüyü üçün ögey anasını BIÇAQLADI
HADİSƏ
09:21 08.05.2025
331
Şamaxı Rayon Məhkəməsində ögey anasına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E Ağayevə elektron qolbaq tətbiq olunub və ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, Şamaxı rayonunun Şəhriyar qəsəbə sakini Alişan Ağayev evində qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərinə ilə mübahisə edib. Mübahisə zamanı Zərinə Alişanı söyüb. Mübahisəni görən Alişanın birinci arvadından olan oğlu Elşən Zərinəyə sinə və kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Qadın dərhal polisə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR