Atasını ürəyindən bıçaqlayan gənc zindana yox, dipanserə göndərildi

Atasını ürəyindən bıçaqlayan gənc zindana yox, dipanserə göndərildi
SOSİAL
13:09 21.04.2017
1031

Atasını öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hakim qeyd edib ki, zərərçəkmişin hüquqi varisi Tamella Qasımova məhkəməyə teleqram vurub. O bildirib ki, hazırda Gədəbəy rayon Qoşabulaq kəndində yaşayır. Həmçinin onun cavan qızı dünyasını dəyişib, 3 uşağına baxır, Bakıya gəlməyə maddi imkanı yoxdur. 
 
Onun istintaqa verdiyi ifadə elan edilib. 
 
Məhkəmədə təqsirləndiriləm şəxsin nümayəndəsi, anası Xatirə Qasımova ifadə verib. O ifadəsində bildirib ki, oğlunda son vaxtlar psixi problemlər yaranıb: "Siqaret çəkməyə başlamışdı. Danışığını bilmirdi. Paltarlı şəkildə duşa girirdi. Hiss edirdik ki, nəsə problemlər var. Hətta xəstəxanaya yatırmaq istəyirdik. Atası qoymurdu. Hadisədən bir gün qabaq mənimlə dalaşdı. Gecədən səhərə qədər yatmadı. Səhər mən işə getdim. İşdə olan zaman ev yiyəsi dedi ki, atası ilə Kənan dalaşıb. Evə gəldim. Evdə nə Kənan, nə də yoldaşım vardı. Sabunçuya getdik. Ərim artıq ölmüşdü". 
 
Prokurorun suallarına cavablandıran Xatirə Qasımova bildirib ki, Kənan heç zaman atasına-anasına əl qaldırmayıb: "Son vaxtlar problemlər çoxalmışdı. Yoldaşımla onun yanında dalaşan zaman Kənan heç vaxt qarışmırdı. Yoldaşım da 4 ilə yaxın döyüşlərdə olmuşdu. Veteran idi. Əsəbi adam idi. Kənan üçün də həkimlər çağırırdıq. Həkimlər Kənanın xəstəxanaya yerləşdirilməsini demişdilər. Ərim qoymurdu, deyirdi, oğlum xəstə deyil. Bilməzdik, axırı belə olar". 
 
Hakimlərin suallarına cavab verən qadın bildirib ki, atası Kənanı çox istəsə də, onu incidirdi: "Kənanı sərbəst qoymurdu. Hər tərəfdən onu sıxırdı. Məktəbə tez-tez dalınca gedirdi"
 
Hakim X.Qasımovadan oğlunda şizofreniya xəstəliyi olduğunu bilib-bilmədiyini soruşub. 
 
Xatirə Qasımova isə oğlunun bu xəstəlikdən əziyyət çəkdiyini bilmədiyini deyib. 
 
Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə keçilib. 
 
Hakim elan edib ki, istintaq orqanı hadisə zamanı Kənan Qasımovun anlaqsız vəziyyətdə olduğunu müəyyən edib. 
 
Məhkəmə istintaqı başa çatıb.
 
Prokuror çıxış edərək, Kənan Qasımov barəsində ümumi tipli psixiatriya stasionarında məcburi  müalicə təyin edilməsini  istəyib. 
 
Məhkəmədə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Kənan Qasımovun cinayəti törədən zaman anlaqsız vəziyyətdə törədib və onun barəsində məcburi qaydada müalicə təyin edilib. Qərarın icrası 1 saylı Ruhi-Əsəb dispanserinə həvalə edilib. 
 
Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu mübahisəsi düşüb. Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər