13 yaşlı İzabel Lakasamana qatarın altına atılaraq intihar edib.
Olay ABŞ-ın Vaşinqton ştatındakı Takoma şəhərində baş verib.
İzabelin intihar etməsinin səbəbi onun atasının smartfonla çəkdiyi və sonra da YouTube-a yerləşdirərək yaydığı 15 saniyəlik video olub.
Videoda atasının cəzalandıraraq saçlarını kəsdiyi İzabel otağın ortasında duraraq döşəməyə səpələnmiş saçlarına baxır.
Ata isə qızına deyir: "Bax etdiyin əməl itirdiyin bu gözəl saçlarına dəyərmi?! Axı sənə neçə dəfə dedim, xəbərdarlıq etdim, qulaq asmadın!"
Takoma şəhərindəki "Giaudrone Middle School"da oxuyan İzabel saçlarına baxır və sakitcə "Yox..." deyir.
Video YouTube-a yerləşdirəndən sonra İzabelin sinif yoldaşları bu çəkilişə baxıblar və 13 yaşlı qız özünü rüsvay olunmuş hiss edərək depressiyaya düşüb.
Rəfiqələrinin "İzzi" dedikləri İzabel sinif yoldaşlarına söyləyibmiş ki, atası onun saçlarını kəsməklə yanaşı, alt paltarlarını da doğrayıb, zibilxanaya atıb.
İzabelin atasının cəzalandırılması tələbi ilə Facebook-da "Justice For İzabel" adlı səhifə də yaradılıb.
///Milli.az