"AtaSığort" ASC-də dəyişiklik
AZXEBER.COM xəbər verir ki, "AtaSığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarına əsasən 10 may tarixindən daha əvvəl şirkətdə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Orxan Məmmədov İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə isə Qoşqar Həsənov təyin edilib. Qoşqar Həsənov bu vaxta qədər şirkətdə İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.