‘Atatürk’ hava limanında ölənlər arasında azərbaycanlı varmı? - AÇIQLAMA

‘Atatürk’ hava limanında ölənlər arasında azərbaycanlı varmı? -  AÇIQLAMA
SİYASƏT
10:47 29.06.2016
2633

AZAL rəsmisi açıqlama verdi.

İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunuTrend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi “Atatürk” hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR