Atəşfəşanlıqdan qorxan ana 21 həftəlik doğuş keçirdi - FOTO

Atəşfəşanlıqdan qorxan ana 21 həftəlik doğuş keçirdi - FOTO
MARAQLI
15:54 12.11.2021
705
Dünyanın ən erkən doğulan körpəsi Ginnesin Rekordlar Kitabına düşüb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Alabama ştatında cəmi 21 həftəlik hamiləlikdən sonra 420 qram çəki ilə doğulan Curtis adlı oğlan Ginnesin Rekordlar Kitabına düşüb. Doğulan körpənin hələ də oksigen və qida əlavələri almağa davam etdiyi bildirilsə də, həkimləri onun xüsusi uşaq olduğunu bildiriblər.

Hazırda 16 aylıq olan Curtisin rekordu qırdığını Ginnesin Rekordlar Kitabı təsdiqləyib.

Tam müddətli hamiləlik adətən 40 həftə davam edir və Curtis hamiləliyin təxminən 21 həftəsindən sonra dünyaya gəlib.

Onun anası Michelle Butler ABŞ-da Müstəqillik Gününün qeyd edildiyi gecə atəşfəşanlıq zamanı doğum sancısı keçirib. Ertəsi gün nahar vaxtı o, Curtis və Casya adlı əkizləri dünyaya gətirib.

Ancaq Casya bir gün sonra ölüb. Sağ qalma şansı bir faizdən az olan Curtis reanimasiyaya aparılıb. Üç ay sonra süni nəfəs aparatından çıxarılıb və 275 gün xəstəxanada qaldıqdan sonra bu aprel ayında evə buraxılıb. Terapevtlər Curtisə nəfəs almağı və yemək üçün ağzından istifadə etməyi öyrənməyə kömək edib.

Anası Butler "Nəhayət, Curtis-i evə apara bildim və böyük uşaqlarımı kiçik qardaşları ilə təəccübləndirə bildim" – deyə bildirib.

Digər tərəfdən, üç böyük bacısı olan Curtisin hələ də oksigen əlavələrinə və qidalanma borusuna ehtiyacı var. Lakin həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Curtis isə 21 həftə və bir ay iki gün əvvəl dünyaya gələn Viskonsin ştatında körpə Riçard Hatçinsonun əvvəlki rekordunu 24 saat qabaqlayıb.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR