AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, astroloqların proqnozuna görə, xüsusilə Buğa və Şir bürcləri üçün maliyyə, karyera və şəxsi inkişaf sahələrində müsbət dəyişikliklər gözlənilir.
Buğa bürcü
Buğa bürcləri üçün maliyyə və karyera sahəsində dönüş nöqtəsi yaşana bilər. Uzun müddətdir göstərdikləri zəhmətin bəhrəsini görmək imkanı yaranacaq. Yeni layihələr, iş təklifləri və investisiya imkanları gündəmə gələ bilər. Bu gün atılan addımlar gələcəkdə böyük qazancın təməlini qoya bilər.
Eyni zamanda, rəhbərlik və ya tərəfdaşların diqqətini cəlb etmək üçün münasib zamandır. Buğa bürclərinə təkliflərini çəkinmədən irəli sürmək tövsiyə olunur.
Şir bürcü
Bundan başqa, gözlənilməz xəbərlər və ya təsadüfi tanışlıqlar yeni gəlir imkanlarının yaranmasına səbəb ola bilər. Astroloqlar Şir bürclərinə qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirməyi məsləhət görürlər.











































