“Atəşgah” Sığorta korporativ müştəriləri və media nümayəndələri üçün ekskursiya təşkil etdi - FOTOLAR

“Atəşgah” Sığorta korporativ müştəriləri və media nümayəndələri üçün ekskursiya təşkil etdi - FOTOLAR
İQTİSADİYYAT
15:26 04.10.2022
375
Müştərilərinə daim qayğı və diqqətlə yanaşaraq göstərdiyi xidmət keyfiyyətini günü-gündən daha da artıran Atəşgah Sığorta sadiqlik və əməkdaşlığa görə minnətdarlıq bildirmək məqsədi ilə korporativ müştəriləri üçün xüsusi gün təşkil edib. 

Ötən gün Atəşgah Sığorta əməkdaşlıq etdiyi bir çox şirkətin nümayəndələri, eləcə də əməkdaşlıq etdiyi bir sıra media nümayəndələri ilə birgə Qobustan Dövlət Tarixi Bədii Qoruğuna ekskursiya edib. Atəşgah Sığorta ailəsinin önəmli hissəsi olduqlarına görə təşəkkür etmək və münasibətləri daha da möhkəmləndirmək üçün təşkil olunan tədbirdə korporativ müştərilər əyləncə və bilgi dolu bir gün keçirib.

Qobustan Dövlət Tarixi Bədii Qoruğunda Üst Paleolit dövründən tutmuş Orta əsrlərə qədər bəşər tarixinin əsas dövrlərinə aid təmsil olunan petroqliflər, qayaüstü rəsmlərin tarixi barədə tanışlıqla başlayan tur qoruğun tərkibində fəaliyət göstərən muzeydə gəzinti ilə başa çatmışdır. İştirakçılar muzeydə quraşdırılmış xüsusi monitorlardan Qobustanın tarixi haqda nəzəri məlumatlar əldə etmişlər. 

Tədbir boyunca müxtəlif şirkətlərin əməkdaşları və media nümayəndələri yeni tanışlıqlar əldə etmiş, həmçinin yeni biznes əlaqələri qurmaq fürsətini də dəyərləndirmişlər.

Qeyd edək ki, sonda iştirakçılar şəhərin dəniz mənzərəli, təmtərahlı restoranlarından birində çay süfrəsində yığışmışlar. Burada hər kəs  gün ərzində qəbul etdiyi məlumatları, ekskursiya haqda olan təəssüratlarını bölüşmüş, eləcə də müştəri qismində Şirkət haqda formalaşmış rəylərini bildirmişlər. 

Yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik