"Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv təyin olundu

İQTİSADİYYAT
10:30 29.06.2022
648
Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.
 
AZXEBER.COM xəbər verir ki, Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə "Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.     
 
Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah Sığorta Şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra etmişdir. 

Atəşgah Sığorta Şirkəti adından Rüfət Ağazadəyə yeni  peşəkar fəaliyyətində uğurlar arzu edirik!

OXŞAR XƏBƏRLƏR