‘ATƏT Azərbaycana qarşı hər zaman bu cür qərəzli hesabatlar hazırlayıb’ - Aydın Abbasov

SİYASƏT
15:26 11.10.2013
1402

“Azərbaycanda keçirilən seçkilər tam obyektiv və demokratik şəraitdə keçirilib”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov söyləyib. Deputat Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı ATƏT-in müşahidə missiyasının irəli sürdüyü hesabatda bir sıra ziddiyətli məqamların olduğunu söyləyib:

“Azərbaycan xalqı hər zaman öz seçiminlərini edə bilən bir xalqdır. Bu seçkilərin nəticəsi Azərbaycan xalqının siyasi iradəsini ifadə edir. ATƏT isə hər zaman bu cür qərəzli hesabatları Azərbaycana qarşı hazırlayıb. Ermənistanda keçirilən prezident seçkilərini nədənsə xatırlamaq istəmirlər. Düşmən ölkədə keçirilən seçkilərdə hətta prezidentliyə namizədi də güllələmişdilər. Bir çox insanları yaralamışdılar. Azərbaycanda keçirilən seçkilər isə tam obyektiv və demokratik şəraitdə keçirilib. Ancaq bu seçkilərə kölgə salmaq üçün ATƏT bu cür qərəzli hesabatlarla çıxış edirlər”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR