ATƏT cəbhədəki vəziyyətlə tanış olacaq

SİYASƏT
10:10 31.07.2013
1446

Monitorinqin Tovuz rayonunun Ağdam kəndi istiqamətində keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 1-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcək. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçirəcəklər.

OXŞAR XƏBƏRLƏR