ATƏT-in Baş katibi: "Üzv ölkələr Rusiyaya müraciət ediblər"

ATƏT-in Baş katibi: "Üzv ölkələr Rusiyaya müraciət ediblər"
SİYASƏT
22:10 27.02.2022
552
ATƏT-in Daimi Şurasının iclası keçirilib. ATƏT üzvləri Rusiyaya müraciət ediblər.

Bu barədə ATƏT-in Baş katibi Helqa Maria Şmit tviter hesabında yazıb.

"İştirakçı dövlətlər Rusiyanı işğalı dayandırmağa çağırıblar. Zorakılığa son qoyulmalı, humanitar yardıma və təhlükəsiz keçidə icazə verilməlidir.

ATƏT-in bütün diplomatik mexanizmləri açıqdır və dövlətlərin ixtiyarındadır”, - Helqa Maria Şmit bildirib.

"Ukraynadakı ATƏT əməkdaşları ilə fəxr edirəm. Onlar bu cür müstəsna işlər görürlər. İndi onlar təhlükəsiz yerə köçürlər, lakin mən israr edirəm ki, bu köçürülmə müvəqqətidir.

Fədakarlıqlarına və bu qaranlıq günlərdə inamı saxladıqlarına görə hər kəsə təşəkkür edirəm”, - ATƏT-in Baş katibi əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR