Elə ancaq ATƏT-in müşahidəçi tərkibi ilə onun sədri arasındakı fikir ziddiyətinə nəzər salmaq yetərlidir ki, bu qurumun nə qədər qeyri-ciddi xarakterdə olduğuna şahid olasan.
Və ya belə deyək: Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyasının təqdim etdiyi hesabat tamamən qərəzli məzmundadır. Eyni zamanda bəlli dairələrin koordinasiyası və təlimatı ilə reallaşan siyasi sifarişin tərkib hissəsidir.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Prezident seçkiləri ilə bağlı ATƏT DTHİB –nun açıqladığı hesabata münasibət bildirərkən söyləyib.“Diqqət edin, ATƏT-in özü belə çaşqın vəziyyətdədir. Qurumun tərkibində düz 2 gündür fikir ayrılığı, qərar kuryozu var. Hərənin ağzı bir avaz çalır. Biri təbrik edir, digəri ittiham. Təxminən elə radikal müxalifətimizin ərsəyə gətirdiyi “Milli Şura”ya bənzər bir duruma gəliblər. Baş açmaq olmur ki, bunları bizim seçkini bəyəniblər yoxsa yox...Dünyanın sayılıb-seçilən sanballı təşkilatları ölkədə keçirilən Prezident seçkiləri haqqında ən xoş sözləri söylədiyi məqamda ATƏT-in sərgilədiyi bu mövqeni fərqli görünmək istəyindən və demokratiya blefindən savayı heç nə ilə əlaqələndirmək mümkün deyil. Eyni zamanda bu addım çox güman ki, həm də ATƏT-in beynəlxalq arenada sürətlə düşən nüfuzunu süni şəkildə qaldırmağa yönəlib. Yəni görüntü yarada bilsinlər ki, guya dünya ənənəvi şablonlarla işləyir, bizsə prinsiplərlə. Oysa, elə təpərləri varsa həmin prinsipləri bir də uzun illərdir faktiki olaraq fəaliyyətsiz qalan və təyinatı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olan“Minsk qrupu”na da tətbiq eləsinlər.Eyni inadkarlığı Azərbaycan xalqının haqq mübarizəsinə münasibətdə də sərgiləsinlər. Dünyanın izlədiyi, qəbul etdiyi seçkiyə kölgə salmaqla ortalıqda oyun çıxarmasınlar”- deyə politoloq fikirlərinə davam edib