ATƏT məkanındakı münaqişələrin həlli məsələsi sentyabrın 16-da Vyanada keçiriləcək “Təhlükəsizlik günləri” çərçivəsində müzakirə ediləcək. APA-nın xəbərinə görə, tədbiri ATƏT Daimi Şurasının sədri İqor Prokopçuk və ATƏT-in baş katibi Lamberto Zannyer açacaq.
“Təhlükəsizlik günləri” çərçivəsində müxtəlif ölkələrdən olan ekspertlər ATƏT məkanındakı münaqişələrin həlli imkanlarını və ATƏT-in bu prosesdə rolunu müzakirə edəcəklər.
Qeyd edək ki, ATƏT-in “Təhlükəsizlik günləri” baş katibin təşəbbüsü ilə 2012-ci ildən etibarən keçirilir.