ATƏT PA Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir

ATƏT PA Azərbaycanla əməkdaşlığa əhəmiyyət verir
SİYASƏT
23:05 21.10.2021
612
Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, ATƏT Parlament Assambleyası sədrinin müraciəti əsasında baş tutan görüşdə Azərbaycan Milli Məclisin sədrini salamlayan Marqareta Sederfelt təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, qlobal pandemiya səbəbindən görüşlərin və canlı təmasların böyük qisminin baş tutmadığını bildirərək, ümidvar olduğunu deyib ki, pandemiya təhlükəsi aradan qalxdıqdan sonra belə görüşlər daha sıx-sıx keçiriləcək. Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatdakı fəaliyyəti barədə danışıb, ölkəmizin nümayəndə heyətinin həmişə ATƏT PA-nın tədbirlərində fəal iştirak etdiyini bildirib.

Spiker görüşdə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yeni mərhələnin başlandığını qeyd edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Spiker vurğulayıb ki, Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Milli Məclisin sədri "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə istinad etməyin də yolverilməz olduğunu bildirib.
 
Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. S.Qafarova xüsusi vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

Sahibə Qafarova deyib ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O xatırladıb ki, Prezident İlham Əliyev də ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada 90-dan çox etnik qrupun, müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadığını, bütün xalqların adət-ənənəsinə hörmətlə yanaşıldığını, ölkəmizdə ksenofobiya və dözümsüzlüyün olmadığını vurğulayan Milli Məclisin sədri Azərbaycanın dövlət siyasətində milli və dini tolerantlığın prioritet istiqamətlərdən olduğunu bildirib.

Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycanın şəhər və rayonlarını, bütün infrastrukturu, mədəniyyət və tarixi abidələri, dini abidələri tamamilə dağıtdığını, talan etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub