ATƏT sədri atəşkəsi alqışlayıb

ATƏT sədri atəşkəsi alqışlayıb
SİYASƏT
22:14 17.11.2021
411
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində atəşkəsi alqışlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, "Twitter”də yazıb.

"Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla danışdım. Rusiyanın vasitəçiliyindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsini alqışlayıram və deeskalasiyaya çağırıram. İnsan itkisinə görə dərindən təəssüflənirəm", - ATƏT sədri bildirib.

O, Minsk Qrupu həmsədrləri və şəxsi nümayəndəsi vasitəsilə davam edən prosesə dəstəyini bir daha təkrarlayıb.
OXŞAR XƏBƏRLƏR