ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-ə üzv dövlətlərin KİV azadlığı ilə bağlı üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsinin vacib olduğunu bildirib.
APA-nın məlumatına görə, Leonid Kojara bildirib ki, hətta ATƏT regionunda belə jurnalistlərin hüquqlarının qorunması, o cümlədən onların təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq üçün əsaslar var: “Jurnalistlərə bir çox hücumların üstü açılmır, icraçılar və sifarişçilər isə cəzasız qalırlar. Bu, qəbul oluna bilməz. Bütün jurnalistlər öz peşə borclarını qorxusuz, təhlükəsiz şəraitdə yerinə yetirməlidir. Onlara qarşı törədilən cinayətlər cəzasız qala bilməz”.











































