ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi

ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
SOSİAL
11:14 07.06.2025
710
Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİ) tədbir təşkil olunub.

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ATİAHİ RK sədri Araz Paşayev iştirakçıları salamlayaraq AHİK rəhbərliyi adından bayram münasibətilə təbriklərini çatdırıb. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunub. Eyni zamanda "Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər "bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.

Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.

Bildirilib ki, aztəminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək.

AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bu gündən başlayaraq yeni sistem tam istifadəyə verilib.

Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİ ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.

ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.

Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.

Sonda Qurban bayramı münasibətilə ATİAHİ-yə üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb