Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) məlumatına görə, Atlantik okeanında üzən gəmidə yayıldığı ehtimal olunan gəmirici mənşəli virus səbəbilə 3 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə "MV Hondius" adlı gəmidə baş verib.
Bildirilir ki, gəmi Atlantik okeanı üzərindən Argentinadan Kabo Verde istiqamətində hərəkət edərkən sərnişinlər arasında xəstəlik halları qeydə alınıb.
Rəsmi açıqlamalarda 3 yoluxma faktının laboratoriya tərəfindən təsdiqləndiyi, daha 5 şübhəli halın isə araşdırıldığı bildirilib.
Eyni zamanda, bəzi sərnişinlərin vəziyyətinin ağır olduğu qeyd olunur.
Mütəxəssislər virusun ilkin olaraq "hantavirus" ola biləcəyini ehtimal edir.
"Hantavirus" əsasən siçan və siçovul kimi gəmiricilərlə təmas nəticəsində insanlara yoluxur və nadir hallarda rast gəlinir.
Hazırda vəziyyət nəzarətə alınıb və gəmidə epidemioloji araşdırmalar davam edir.
Aysel











































