'Atletiko'nun futbolçuları 'Land of fire Azerbaijan' formasını imzaladılar

İDMAN
17:03 01.02.2013
1388

Madriddə keçirilən “Fitur” sərgisində bu gün “Atletiko” klubunun əsas komandasının geyindiyi, üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formanın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən “Atletiko”nun prezidenti “Bakı” klubu ilə əməkdaşlıqlarından danışıb, Azərbaycan haqda müsbət fikirlər söyləyib.

Mərasimdə "Bakı"nın icraçı direktoru Yaşar Seyidov çıxış edib. Bundan sonra Azərbaycan haqda tanıtım çarxı nümayiş etdirilib.Daha sonra "Atletiko"nun futbolçuları “Land of fire Azerbaijan” yazılan formanı imzalayıblar.Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı İspaniyanın aparıcı mətbuat orqanlarının əməkdaşları da iştirak edib.//qol.az

OXŞAR XƏBƏRLƏR