"Atletiko"nun iki futbolçusu "Liverpul"la oyunu buraxacaq

"Atletiko"nun iki futbolçusu "Liverpul"la oyunu buraxacaq
DÜNYA
19:21 16.09.2025
308
İspaniyanın "Atletiko" klubunun iki futbolçusu İngiltərədə "Liverpul"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununu buraxacaq.

Hücumçu Xulian Alvares və yarımmüdafiəçi Conni Kardoso sözügedən matçda meydana çıxmayacaq. 

Hər iki oyunçunun adı zədə səbəbindən görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Liverpul" - "Atletiko" oyunu sentyabrın 17-də. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR