"Atletiko Madrid" klubuyla tanınan 37 yaşlı məşhur uruqvaylı müdafiəçi Dieqo Qodin karyerasını bitirdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Uruqvay Milli Komandası tarixində ən çox oyun keçirən (161 oyun) futbolçu son olaraq Argentinanın "Velez Sarsfild" klubunda çıxış edib və bir daha yaşıl meydanlara çıxmayıb.
Bu yaxınlarda bir qızı olduğunu deyən Qodin təqaüdə çıxma qərarını "İndi başqa prioritetlərim var. Ailəm Uruqvaydadır və bu yaxınlarda ata oldum. Dincəlmək, başqa şeylərdən həzz almaq istəyirəm", - deyərək izah edib.
Karyerasında "Klub Nasional", "Villarreal", "Atletiko Madrid", "İnter", "Kalyari", "Atletiko Mineyro" və "Vélez Sarsfield"də oynayan Qodin klub səviyyəsində 627 oyun keçirib, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qodin "Atletiko Madrid" ilə 1 İspaniya La Liqası, 2 Avropa Liqası, 3 UEFA Super Kuboku, 1 İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanıb.
O, həmçinin 2010-cu ildə Uruqvayla Amerika Kubokunu qazanıb.
Mikayıl