“Atropatena” məhkəmədə “Nestle Azərbaycan”a uduzdu

İQTİSADİYYAT
11:25 06.04.2016
1813

Bakı Apellyasiya Məhkəməsində “Atropatena” QSC-nin “Nestle Azərbaycan” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib.

Qeyd edək ki, “Atropatena” QSC müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib.

Bundan sonra “Atropatena” QSC apellyasiya şikayəti verib.

OXŞAR XƏBƏRLƏR