Attestatla xaricdə təhsil almaq istəyənlərin sayı durmadan azalır - Buna səbəb nədir?

Attestatla xaricdə təhsil almaq istəyənlərin sayı durmadan azalır - Buna səbəb nədir?
SOSİAL
16:27 06.05.2026
451
Türkiyə Ali Təhsil Şurasının  açıqladığı son statistikaya əsasən, Azərbaycandan Türkiyənin özəl universitetlərində təhsil alan tələbələrin sayı 6,238 nəfər təşkil edib.

Məlumata görə, ümumilikdə 127,276 beynəlxalq tələbənin təhsil aldığı özəl universitetlərdə Azərbaycan vətəndaşları da həmin sırada yer alır.

Son illərlə müqayisədə isə Azərbaycandan Türkiyəyə təhsil məqsədilə gedən tələbələrin sayında azalma qeydə alınıb. 

Rəqəmlər göstərir ki, əvvəlki dövrlərdə daha yüksək olan tələbə axını hazırda nisbətən aşağı düşüb.

Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu statistika ümumən xaricdə təhsilə olan münasibətin getdikcə dəyişilməsi ilə əlaqəlidir:

"Məsələni təkcə Türkiyədə təhsil almaq istəyi ilə əlaqələndirməzdim. Fikrimcə, bu, ümumən xaricdə təhsilə olan münasibətin getdikcə dəyişilməsi ilə əlaqəlidir. Bilirik, çox az qism soydaşımız hər il dövlət proqramı çərçivəsində dünyanın müxtəlif universitetlərində təhsil almaq şansı əldə edir. Onlar, həm intellektual səviyyələri, həm də təcrübə bazaları, aktiv CV-lərinə görə fərqlənən şəxslərdirlər. Bu cür tələbələrin sayı il ərzində bəzən 1000-i də keçmir. 


Məsələn, 2025-ci ilin statistikasına əsasən bu göstərici 900-dən bir az çox idi.  Statistikalarda əksini tapan və sayları minlərlə ölçülən digər tələbələr isə öz şəxsi vəsaitləri hesabına müxtəlif proqram və burslarla xaricdə təhsilə üz tuturlar. Onların arasında qonşu dövlətlərin yaratdığı imkandan-attestatla təhsil amilindən yararlanmaq istəyənlər hər zaman çoxluq təşkil edib”.

Ekspert bildirib ki, bu göstəricilərin azalması sevindirici haldır:

"Sevindiri haldır ki, bu göstərici məhz ildən ilə azalır. İldən-ilə azaldığı üçün də həm qardaş Türkiyə, həm də digər qonşu ölkələrə, eləcə də Şərqi Avropanın bir neçə ölkəsinə edilən müraciətlər sayında azalmalar görürük. Bir tərəfdən üzücü amil olsa da, digər yandan sevindiri faktordur. Çünki insanlar ildən ilə ali təhsillə bağlı məsələlərə daha peşəkar yanaşmağa, təhsil göstəriciləri ilə yanaşı, alınacaq diplomun etibarlılığı kimi məsələlərə də diqqət yetirirlər. Artıq hər hansı xarici universiteti "təki mən universitet oxuyum" devizi altında seçənlərin sayında azalma var. İstər valideyn, istərsə də şagirdin özü xaricdə təhsildə yalnız quru şüar yox, həm də keyfiyyətli təhsil axtarırlar”.

Təhsil eksperti qeyd edib ki, azalan tərəf attestata güvənərək ali təhsil almaq fikrində olanlar qrupuna aiddir:

"Bizim tələbələrin qardaş Türkiyənin nüfuzlu universitetlərinə qəbul göstəriciləri azalmayıb. Azalan interval bununla bağlı deyil. Məsələn, Hacettepe, Koç, Boğaziçi, Gülhanə kimi nəhəng universitetlərə qəbul alan xüsusi istedadlı tələbələrimiz yenə də var. Azalan tərəf isə attestata güvənərək ali təhsil almaq fikrində olanlar qrupuna aiddir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”