Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi
SOSİAL
14:04 05.06.2026
383
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, o, ev dustaqlığına buraxılıb.

Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb. 

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib.
OXŞAR XƏBƏRLƏR