Veriliş 22 aprel tarixində efirə gedib. Çıxışlarını həyəcanla gözləyən uşaqlar verilişi sonadək izləyiblər amma özlərini görə bilməyiblər.
Uşaqlara əvvəlcə “hə” deyib, sonra onları efirə verməmək hansı məntiqə sığır? Uşaqların onsuz da sınıq olan qəlblərini incidib, onların hisləri ilə oynamaq özünə ən baxımlı kanal deyən ATV-yə heç yaraşmır.
Qeyd edək ki, "Tanıdım səni" verilişi regionlardan istedadlı insanları seçib, onları geniş auditoriyaya tanıtmaq məqsədilə ilə yaradılıb. Türkiyədə yayımlanan "Yetenek sizsiniz" yarışmasının bənzəri olan "Tanıdım səni" verilişinin aparıcısı Zaur Baxşəliyevdir.
Mövzuya yenidən qayıdacağıq.