ATV-də kadr dəyişikliyindən sonra işdən çıxarılan Vado Karovin yenidən televiziyaya qayıdıb.
AZXEBER.COM-un məlumatına görə, tanınmış aktyor ATV-də yayımlanan "Vine show" yarışmasının münsiflər heyətində görünüb.
Xatırladaq ki, ATV-nin eks-prezidenti Vüqar Qaradağlının dəvəti ilə telekanala gələn Vado ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri kimi çalışırdı. Rəhbər dəyişikliyindən sonra isə onun da işdən çıxarıldığı deyilirdi.
Ancaq görünün odur ki, Vado Karovin telekanalda hələ də fəaliyyətini davam etdirir.
