ATV-də iştirakçını su içdiyinə görə ağlatdılar - VİDEO

ATV-də iştirakçını su içdiyinə görə ağlatdılar - VİDEO
SOSİAL
11:30 12.01.2017
11151

ATV telekanalında yayımlanan "5 gəlin" verilişində baş verənlər birmənalı qarşılanmayıb.

Mətanət Əlverdiyevanın aparıcılığı ilə yayımlanan realiti şouda ekspert qismində iştirak edən Elmira adlı qayınana gəlinlərdən birini ciddi şəkildə tənqid edib. Qayınanın tənqidləri qarşısında davam gətirməyən gənc qız göz yaşlarına boğulub.

Belə ki, çəkiliş zamanı boğazında qıcıqlanma yaranan gənc xanım öskürəyini saxlaya bilməyib. Çəkiliş heyəti isə ona su gətirib. Bu da qayınananın xoşuna gəlməyib və qızı ona qarşı hörmətsizlik etməkdə ittiham edib.
 
Verilişdən sözügedən kadrları təqdim edirik:

 

///baku.ws


 

OXŞAR XƏBƏRLƏR