ATV-də tezliklə “SƏHNƏ” açılacaq – VİDEO

MƏDƏNİYYƏT
13:52 18.12.2023
741
ATV yaxın günlərdə Azərbaycan teleməkanında daha bir ilkə imza atacaq.

AZXEBER.COM xəbər verir ki, söhbət, tam fərqli bir formatda və stilistikada hazırlanan teatr sənətindən bəhs edən "Səhnə” adlı layihədən gedir.

Buna qədər həyat etüdlərini canlandıran səhnə və teatrla bağlı bir çox tele layihələr olub. Ancaq "Səhnə” adlı yeni layihə tam fərqli yanaşmada tamaşaçıların ixtiyarına veriləcək.

Səhnə və kulis, yaradıcılıq axtarışları, sənətkarların, səhnə ustalarının həyat və sənət dünyası, eyni zamanda Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatr sənətimizin qazandıqları və itirdikləri - bu siyahını nə qədər desəniz uzatmaq olar. Ən maraqlı məqam odur ki, layihənin ideya müəllifi və rəhbəri, aparıcısı məhz sənət dünyasının məşhur simalarıdır.  Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə xalq artisti Fəxrəddin Manafovdur...

Qloballaşma, informasiya kommunikasiya texnologiyalarının gündən- günə genişlənən imkanları bəzən insanların zamanını, diqqətini elə cəlb edir ki, mənəvi tələbatatları arxa plana keçir. Eləcə də, sənətlə bağlı düşüncələr, axtarışlar, fikir mübadiləsi gündəmə gəlmir. Belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq "Səhnə” telelayihəsi məhz teatrın keçmiş şöhrətini özünə qaytarmağa çalışacaq. Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yeni ilin ilk həftəsindən ATV kanalında "Səhnə" verilişinə baxın.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb