ATV-dən vitse-prezident təyinatı ilə bağlı – AÇIQLAMA

ATV-dən vitse-prezident təyinatı ilə bağlı – AÇIQLAMA
MEDIA
10:31 07.02.2018
1447
"Azad Azərbaycan” televiziyasına (ATV) yeni vitse-prezidentin təyin olunması ilə bağlı mediada xəbər yayılıb.

AZXEBER.COM xəbər verir ki, yayılan məlumata görə, aparıcı Dilarə Səlimin qardaşı Qurban Səlimov kanala yeni vitse-prezident təyin edilib.

Məsələ ilə bağlı Oxu.Az "Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti”nin prezidenti Azər Xəlilovla əlaqə saxlayıb. Azər Xəlilov bildirib ki, yayılan xəbər yalandır:

"Bu, yalan iddiadır və yalan xəbərdir. Məlumatı kim yayıbsa, ondan niyə belə bir şey etdiyini soruşmaq lazımdır”.

Azər Xəlilov bundan öncə Lamiyyə Ələkbərqızının vitse-prezident olması ilə bağlı yayılan xəbərə də reaksiya verib:

"Bizdən rəsmi bir məlumat yoxdursa, deməli, yalandır. Hazırda telekanalımız öz fəaliyyətini davam etdirir”. 
OXŞAR XƏBƏRLƏR