ATV-nin canlı yayımında qalmaqal yaranıb.
AZXEBER.COM xəbər verir ki, ATV telekanalında yayımlanan “Ümid var” verilişinin eksperto Mehriban Xanlarova müğənni Səidə Sultanı kəskin tənqid edib.
Bu sözlərə əsəbiləşən Səidə verilişə qoşularaq aktrisanı biabır edib:
“Mehriban xanım, Bakı balaca şəhərdi. Hamı-hamını yaxşı tanıyır, insanların başqasının quyruğundan xəbəri var. Bunu eşidin və bilin. Bütün Azərbaycan sizi tanıyır. Əgər nənən sənin başına bu oyunu açsaydı, nə edərdin? Hər kəs öz quyruğunu bilsin və nəticə çıxarsın. O qadın məni biabır edib, onu necə qəbul edim? Hadisəyə düzgün yanaşmağı bacarmaq lazımdır. Efir xatirinə rola girmək olmaz. Əgər elə yaxşı insandırsa, Mehriban xanım götürsün onu özü saxlasın”.
Müğənninin sözlərindən halı pisləşən əməkdar artist dərman içmək məqsədilə efiri tərk edib.
Xatırladaq ki, bir neçə gün öncə Səidənin nənəsi onu evdə başqa biriylə yaxaladığı haqda açıqlama vermişdi.
AZXEBER.COM həmin görüntüləri təqdim edir: