ATV-nin efirində yeni layihə: ağ-qara Azərbaycan kinosuna rəngli yanaşma - VİDEO

ATV-nin efirində yeni layihə: ağ-qara Azərbaycan kinosuna rəngli yanaşma - VİDEO
MAQAZİN
18:50 24.02.2024
400
Azərbaycan kinosu yarandığı gündən özünəməxsus inkişaf yolu keçib. İrili-xırdalı çətinliklər, süni yaradılan problemlər kinomuzu həmişə müşaiyət edib. Kinomuz isə bütün əngəllərə baxmayaraq intibah dövrünü də yaşayıb, tarixə adı yazılan sanballı filmlər istehsal edib və qüdrətli sənətkarlar yetişdirib. Bu gün də kinomuz enişli-yoxuşlu yaradıcılıq və istehsal dövrünü yaşayır. Lakin filmlərin istehsalı davam edir və onları təbliğ etmək vacibdir.

AZXEBER.COM xəbər verir ki, incəsənətimizin ən vacib qolu olan kinomuzun təbliği məqsədilə ATV kanalının "1 az.kino” layihəsinə start verdiyini öyrəndik.

"1 az.kino”nun məqsədi filmlərimiz haqqında bilinməyənləri, indiyə kimi açılmayan sirləri tamaşaçıya çatdırmaqdır. Bütün bunları izləyiciyə təqdim etmək üçün kanalda peşəkar yaradıcı və texniki heyət əzmlə çalışır. İnanırıq ki, filmlərin çəkildiyi məkanlar, artıq yaşlanmış aktyorların gənclik xatirələri, peşəkar mütəxəssis rəyləri, istehsal proseslərinin pərdə arxası məqamları ağ-qara kinomuz haqqında tamaşaçıda rəngli təəssürat yaradacaq...

Onu da öyrəndik ki, yaradıcı heyət müasir çəkiliş prosesi vasitəsilə ərsəyə gələn verilişlərdə yeni dövrün tamaşaçısı ilə tarixi filmlərimizin, əsasən ağ-qara kinomuzun ahəngdar sintezini yaratmağa çalışıb.

"1 az. kino” layihəsinin ilk verilişi fevral ayının 25-də, axşam saat 21:00-da ATV-nin efirində görüşünüzə gələcək və veriliş boyu haqqında söhbət açılan film yayımlanacaq.

ATV-nin Azərbaycan mədəniyyəti sahəsinə həsr olunmuş daha bir yeni layihəsinin geniş tamaşaçı kütləsi qazanacağına əminik.

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
21:48 06.03.2026
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
21:46 06.03.2026
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
21:34 06.03.2026
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
21:24 06.03.2026
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
21:19 06.03.2026
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR
21:07 06.03.2026
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR