ATV-nin və EL televiziyasının işçiləri döyüldü

ATV-nin və EL televiziyasının işçiləri döyüldü
Bütün Xəbərlər
14:53 03.12.2013
1221

Ağcabədi rayonunda jurnalistlər zorakılığa məruz qalıblar.

AZXEBER.COM-un verdiyi məlumata görə, ATV-nin və EL televiziyasının işçiləri Daşqın Güneyli və Ziya İsmayıloğlu adıçəkilən rayonun Ergi düzündə yaşayan 30-a yaxın məcburi köçkün ailəsinin işıq probleminə aydınlıq gətirmək üçün Rayon Elektrik Şəbəkəsinə gediblər.Rayon Elektrik Şəbəkəsinin müdiri problemə aydınlıq gətirmək əvəzinə KİV təmsilçilərini xidməti otaqda qoyaraq oranı tərk edib. Bundan sonra Şükür adlı şəxs otağa daxil olaraq media işçilərinə fiziki zor tətbiq edib.Belə ki, idarə işçisi kameraya əl atıb, çəkiliş avadanlıqlarına ziyan vurub.

OXŞAR XƏBƏRLƏR