ATV-nin vitse-prezidenti Zaur Baxşəliyev haqda danışdı
MARAQLI
13:02 07.02.2011
2785
ATV barədə bütün deyilənlərə telekanalın vitse-prezidenti Natiq İbrahimov münasibət bildirib.
N.İbrahimov saytımıza açıqlamasında mətbuatda yazılanların şayiədən başqa heç nə olmadığını dedi:
“Kanalın rəhbərliyi ilə bağlı medianın yaydığı informasiyaların hamısı yalandır. Mətbuat və informasiya saytları o qədər yalan yazırlar ki, artıq onlara inam qalmayıb. Bu yalanlardan artıq biz də bezmişik, ona görə də daha yazılanlara ciddi əhəmiyyət vermirik”.
Vitse-president tanınmış aparıcı Zaur Baxşəliyevin ATV-dən çıxarılması ilə bağlı məlumata da aydınlıq gətirdi.
“Zaur artıq iki-üç gündür ki, yenidən “Bizim səhər” proqramına aparıcılıq edir. Yaxın günlərdə siz onu yeni müəllif proqramında da görəcəksəniz”.
N.İbrahimov bir müddət öncə “El içində” verilişinin aparıcılığından kənarlaşan digər tanınmış telejurnalist Elçin Əlibəylinin də ATV-dən getməsdi barədə deyilənlərə münasibət bildirdi: